Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi universitetdə təhsil alan əslən Xocalıdan olan tələbələrlə bağlı qərar qəbul edib.
AzEdu.az xəbər verir ki, bu barədə BDU THİK-nin nümayəndələri faysbuk vasitəsilə məlumat yayıblar.
Qərara əsasən, tədris ilinin sonuna qədər Xocalıdan olan tələbələrin nəqliyyat xərcləri THİK tərəfindən qarşılanacaq.