23 fevral tarixində yerli vaxtla saat 14:00-da Belçikanın paytaxtı Brüssel şəhərində Xocalı faciəsinin ildönümü ilə bağlı tələbələrin yürüşü keçiriləcək.
AzEdu.az-a açıqlama verən Macarıstanın Szeged Universitetinin tələbəsi həmyerlimiz İbad Bayramov bildirib ki, Brüssel şəhərində keçirilən yürüşdə digər Avropa ölkələrində təhsil alan azərbaycanlılar da qatılacaq:
“Bundan əlavə, 26 fevralda Macarıstanın Szeged şəhərində Xocalı faciəsi ilə bağlı dinc yürüş etməyi planlamışıq. Ümumiyyətlə, Xocalı həqiqətlərini dünyaya çatdıraraq beynəlxalq aləmdə daha da tanıtmaq hər bir azərbaycanlının vəzifəsidir”.