“Orta məktəb bünövrəsi olmayan şagird DİM toplusundakı materialları çətinlikə mənimsəyir. Əgər müəllim şagirdə, sadəcə dərsliyin standartlarına uyğun formada dərs keçsə, bu zaman onda çətin ki, baza formalaşsın”.
Bu sözləri AzEdu.az-a açıqlaması zamanı Riyaziyyat müəllimi Elşən Əliyev deyib. O, ali məktəblərə qəbul imtahanları zamanı istifadə olunan və Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi test topluları barədə danışıb:
“Uzun müddətdir, DİM-in test toplularından istifadə edirəm. Əminliklə deyə bilərəm ki, orta məktəb bünövrəsi olmayan şagird topludakı materialı çətinlikə mənimsəyir. Dərsliklərə gəlincə, əgər müəllim şagirdə, sadəcə dərsliyin standartlarına uyğun formada dərs keçsə, bu zaman şagirddə çətin, baza formalaşsın”.
“Yeni qəbul qaydalarının tələbi ilə dərsliklərdəki mövzular uzlaşmır”
Müəllim dərsliklərdəki problemlərə toxunaraq qeyd edib ki, çatışmazlıq sadəcə kurikulum dərsliklərində müşahidə olunmur:
“Ali məktəblərə qəbul qaydalarının tələbi ilə Riyaziyyat dərsliklərinin materialları üst-üstə düşmür. Problem ənənəvi dərsliklər üçün də keçərlidir.
Dərsliklər ibtidai dən başlayıb, yuxarı siniflərə qədər ağır dildə tərtib olunub”.
Xatırladaq ki, XI siniflər üzrə buraxılış imtahanları, yəni qəbulun ilkin mərhələsi aprel ayında təşkil olunacaq.