AzEdu.az Təhsil Portalında müəllimlər arasında keçirilən "İlin gənc müəllimi - 2024" müsabiqəsində “TOP-10” müəllimin səsverməsi davam edir və yekunlaşmasına cəmi 1 gün qalıb.
Sorğuya qatılmaq istəyən oxuculardan xahiş olunur ki, AzEdu.az Təhsil Portalının əsas səhifəsinə daxil olaraq (kompüterdə) sağ alt küncdə, mobil telefonda isə aşağıda yerləşən sorğu panelindəki suala cavab verdikdən sonra "Səs ver" düyməsini sıxsınlar.
Səsvermədə iştirak edən ən yaxşı 10 müəllimi bir daha diqqətinizə çatdırırıq:
1.İlahə Tağıyeva - Xəzər rayon 326 N-li tam orta məktəbin İbtiadi sinif müəllimi;
2.Təranə Nuriyeva - Bakı şəhəri Nəsimi rayonu Y.Mirzəyev adına 44 nömrəli tam orta məktəbin İbtidai sinif müəllimi;
3. Rəşadət Abdulov - E. Məmmədov adına İsmayıllı şəhər 3 nömrəli məktəb liseyin Tarix müəllimi;
4.Əlihüseyn Yaqubov - Füzuli rayonu Qarabağ kənd tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi, direktor;
5.Gülağa Rəhmətov - Lerik rayonu Ambu kənd tam orta məktəbin İbtidai sinif müəllimi;
6.Əfşan Fərəcli - Ağdam rayon 71 nömrəli tam orta məktəbin İbtidai sinif müəllimi;
7.Aynur Axundova - Qobustan rayon Cəyirli kənd Rasim Hüseynov adına ümumi orta məktəbin İngilis dili müəllimi;
8.Gülnisə Əliyeva - Ucar rayon S.Salmanov adına Bağman kənd tam orta məktəbin Fizika,təbiət və həyat bilgisi müəllimi;
9. Gülnaz Abbaslı - Quba rayon Qaraçay qəsəbə tam orta məktəbin İngilis dili müəllimi;
10.Natəvan Fərzəliyeva - Ordubad şəhər M.T.Sidqi adına 1 nömrəli tam orta məktəbin Riyaziyyat və STEAM müəllimi.
Qeyd edək ki,15 avqust 2025-ci il saat 23:59-dək davam edəcək.