Azedu.az

Alimlər görməni bərpa edən əsas geni aşkar etdilər

Müəllimlər və elm adamları

13 Avqust 2025, 08:47
Alimlər görməni bərpa edən əsas geni aşkar etdilər

ABŞ-in Kaliforniya Universitetinin (UC Davis) alimləri gözlərin yenidən bərpasına imkan verən əsas genetik mexanizmi müəyyən ediblər.

AzEdu.az-ın əldə etdiyi məlumata görə, araşdırma qızıl alma ilbizi (Pomacea canaliculata) üzərində aparılıb.

Mütəxəssislər müəyyən ediblər ki, bu canlılarda “Pax6” adlı gen göz toxumalarının regenerasiyasında həlledici rol oynayır. Təcrübələr göstərib ki, göz çıxarıldıqdan sonra ilbizlərdə təxminən 9 min genin fəaliyyəti dəyişir və bir ay ərzində yeni göz tam formalaşır.

CRISPR/Cas9 texnologiyası ilə “Pax6” geni deaktiv edildikdə isə bu proses dayanır.

Tədqiqatçılar hesab edirlər ki, bu kəşf insanlarda da görmə qabiliyyətinin bərpası üçün yeni müalicə üsullarının inkişafına yol aça bilər.

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox