Müəllimlərin işə qəbulu üzrə 2 minə yaxın vakant yer hələ də tutulmamış qalıb.
AzEdu.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli deyib.
O bildirib ki, ötən illərdən fərqli olaraq azsaatlı vakant yerlər birləşdiriləcək.
"Ona görə də müsabiqəyə təqdim edilməyən azsaatlı vakant yerlərlə bağlı yenilik edilir. Vakant yerlərdən biri əsas, digəri isə əlavə iş yeri olacaq”.