Azedu.az

Son 10 ildə şagirdlər beynəlxalq olimpiadalardan 513 medal qazanıb

Müəllimlər və elm adamları

Elm və Təhsil Nazirliyi

17 İyun 2025, 12:09
Son 10 ildə şagirdlər beynəlxalq olimpiadalardan 513 medal qazanıb

İyunun 17-də “Bilbacar” müsabiqəsinin qalibləri mükafatlandırılıb.

 

AzEdu.az xəbər verir ki, tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov qalibləri təbrik edərək, layihənin əhəmiyyətindən bəhs edib.

 

Nazir müavini qeyd edib ki, bu platforma təkcə bilik və bacarıqları deyil, həm də mühüm vərdişləri formalaşdırmaq baxımından mühüm əhəmiyyət daşıyır:

 

“Təhsilin məqsədi yalnız bilikli və savadlı deyil, eyni zamanda yaradıcı və kompetensiyalara malik gənclər yetişdirməkdir. Bu hədəfə çatmaq üçün həm tədris prosesində yeniliklər tətbiq olunmalı, həm də ölkədə yaradıcı gənclərin dəstəklənməsi üçün müvafiq şərait yaradılmalıdır. İstənilən ölkənin gələcək uğuru məhz yaradıcı cəmiyyətin formalaşmasından asılıdır. Yaradıcı insanlar ölkənin gələcəyini təmin edən əsas qüvvədir”.

 

Nazir müavini bildirib ki, bir çox işəgötürənlər məzunların nəzəri biliklərə malik olduqlarını, lakin praktiki bacarıqlarının yetərli olmadığını qeyd edirlər:

 

"Son 10 ildə şagirdlər beynəlxalq fənn olimpiadalarından 513 medal qazanıb ki, bunlardan 35-i qızıl, digərləri isə gümüş və bürüncdür. Təkcə bu ilin birinci yarısında artıq 30 medal əldə olunub".

 

F.Qurbanov Azərbaycanın təhsil sahəsindəki nailiyyətlərinin ölkənin ümumi inkişaf siyasəti ilə birbaşa bağlı olduğunu da vurğulayıb:

 

"Təhsilin informasiyalaşdırılması istiqamətində də mühüm addımlar atılıb. 2000-ci illərin əvvəlində 1062 şagirdə bir kompüter düşürdüsə, gələn il üçün hədəf 6 şagirdə bir kompüterdir”.

İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı
Son xəbərlərDaha çox