Azedu.az

Amerikalı alimlər insan üçün təhlükə yaradan yeni koronavirus aşkarlayıblar

Müəllimlər və elm adamları

8 İyun 2025, 10:21
Amerikalı alimlər insan üçün təhlükə yaradan yeni koronavirus aşkarlayıblar

Amerikalı alimlər insan üçün potensial təhlükə yaradan yeni koronavirus aşkarlayıblar.

AzEdu.az xəbər verir ki, bu barədə təhqiqatın nəticələri “Nature Communications” elmi jurnalında dərc edilib.

HKU5-CoV-2 adlandırılan bu virus yalnız bir mutasiya ilə insan hüceyrələrinə daxil ola və növbəti pandemiyaya səbəb ola bilər.

HKU5-CoV-2 virusu MERS-CoV virusuyla eyni ailəyə aiddir. Qeyd edək ki, MERS virusu insanlara əsasən dəvələrdən keçir və yoluxanların üçdə biri həyatını itirir. Bu viruslar əsasən ağır tənəffüs problemlərinə səbəb olur və yüksək ölüm riski daşıyır.

HKU5-CoV-2 virusu ilk dəfə Çində laborotoriyada aşkarlanıb. Virusa hazırda yalnız yarasalar yoluxur. Lakin bir mutasiyadan sonra, yəni virusun zülal strukturunda cüzi dəyişiklik olsa, insan orqanizmindəki ACE2 reseptorları vasitəsilə yoluxa bilər. Bu reseptorlar insanın burnu, boğazı və ağız boşluğunda yerləşir və COVID-19 virusu da bu reseptorlar vasitəsilə insan orqanizminə daxil olur.

Rusiyada DƏHŞƏTLİ ANLAR yaşanır - Ukrayna bu yerləri bombalayır
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox