Azedu.az

MİQ imtahanlarında daha bir problem – İmtahan zamanı kompüterlər sönüb?  

20 İyul 2018, 09:46
MİQ imtahanlarında daha bir problem – İmtahan zamanı kompüterlər sönüb?  

İyulun 16-dan başlayan müəllimləri  işə qəbulu imtahanları iyulun 31-nə kimi davam edəcək. 16-19 iyul tarixlərində  ibtidai sinif müəllimi olmaq istəyənlər sınağa çəkilib.

Bu imtahanlarla bağlı narazılıqlar isə sosial şəbəkələrdə səslənməkdə davam edir. Bir qrup müəllim iddia edir ki, imtahan zamanı bəzi kompüterlər sönüb və bu onların nəticələrinə mənfi təsir göstərib.

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitundan AzEdu.az-a verilən məlumata görə, söylənilən fikirlər reallığı əks etdirmir və tamamilə şayə xarekterlidir.

Qeyd edək ki, 18 iyul müəllimlərin işə qəbulu imtahanlarında texniki nasazlıq səbəbindən havalandırma sistemində problem yaranıb. Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitundan bildirilib ki, qısa müddətdə texniki nasazlıq səbəbindən havalandırma sistemində problem yaransa da, imtahanın qüsursuz gedişatı təmin olunub. Texniki nasazlıq tam aradan qaldırılıb, test imtahanı üçün zəruri şərait yaradılıb.

Rusiyada DƏHŞƏTLİ ANLAR yaşanır - Ukrayna bu yerləri bombalayır
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox