Türkiyənin Milli Təhsil Nazirliyi (MEB) ən çox müəllim təyin olunan regionları müəyyən edib.
AzEdu.az xəbər verir ki, Ege bölgəsi 93,96% göstərici ilə ilk yerdə qərarlaşıb. Mərmərə bölgəsi isə 83,80%-lə sonuncu yeri tutub.
MEB-in məlumatlarına görə, Türkiyə daxilində müəllimlərin işlə təmin olunma göstəricisi 90,60% -dir. Bu sırada ikinci yeri 93,83%-lə İç Anadolu ərazisi tutub.
Növbəti yerlər isə 92,28 faizlə Şərqi Anadolu, 90,35 faizlə Cənub-şərqi Anadolu bölgəsinin olub.
Bunları 90,34 faiz göstərici ilə Akdəniz, 89,57%-lə isə Qara Dəniz izləyib.