Azedu.az

Bu fənn müəllimlərinin sayı azaldılmalıdır - Deputat

MİQ

14 Avqust 2025, 13:01
Bu fənn müəllimlərinin sayı azaldılmalıdır - Deputat

Müəllimlərin işə qəbulu üzrə 2 minə yaxın vakant yer hələ də tutulmamış qalıb. Bu vakant yerlər isə növbəti turda müsabiqəyə təqdim olunmayacaq.

Bəs boş qalan yerlərə müəllimlərin cəlb olunma prosesi necə həyata keçiriləcək?

Mövzu ilə bağlı AzEdu.az-a danışan deputat Ceyhun Məmmədov məsələnin hazırda sosial mediada da ətraflı müzakirə olunduğunu bildirib. 

"Bir neçə gün əvvəl Elm və Təhsil Nazirliyi də bəzi sahələr üzrə, xüsusilə texniki istiqamətlər və texniki fənlər üzrə müəllim çatışmazlığının olduğunu açıqladı".

Yanaşma vəziyyətə uyğun olmalıdır

"Məsələn, hansı sahədə müəllim çatışmazlığı varsa, həmin sahəyə qəbul artırılmalıdır. Əksinə, müəllim bolluğu olan istiqamətlərdə ali məktəblərə qəbul minimuma endirilməlidir. Bu proses planlı şəkildə həyata keçirilməli, fəaliyyət də bu istiqamətdə qurulmalıdır.

Hazırda bəzi sahələrdə çoxlu sayda müəllim var, lakin onlar iş tapa bilmir və nəticədə dövlətə və nazirliyə qarşı narazılıq artır. Xüsusilə bu il müəllimlər tərəfindən ciddi narazılıqlar və kəskin reaksiyalar müşahidə olunur.

Bu səbəbdən düzgün proqnozlaşdırma və planlaşdırma aparılmalıdır ki, belə anlaşılmazlıqların qarşısı alınsın. Əks halda, narazılıqlar daha da artacaq və insanların şikayətləri çoxalacaq. Nazirlik hər bir məsələ ilə bağlı geniş və ətraflı açıqlama verməlidir ki, nə çaşqınlıq, nə də narazılıq yaransın".

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox