Azedu.az

Kimyadan yüksək nəticə: Suallar nisbətən asan idi

MİQ

24 İyul 2025, 13:00
Kimyadan yüksək nəticə: Suallar nisbətən asan idi

Xəbər verdiyimiz kimi, iyulun 8-də kimya müəllimləri üçün müəllimlərin işə qəbulu üzrə test imtahanı həyata keçirilib.

Belə ki, iştirakçılar arasından yüksək bal toplayanlardan biri də Aysu Qədiməliyevadır. O, imtahandan 96.25 bal toplayıb.

AzEdu.az həmin müəllimlə əlaqə saxlayıb, təəssüratlarını öyrənib.

İmtahana özüm hazırlaşan müəllim irəlidəki illərdə də MİQ-də iştirak etməyi planlayır:

"Xəzər Universitetinin kimya və biologiya müəllimliyi ixtisası üzrə təhsil alıb, 2023-cü ildən universiteti fərqlənmə diplomu ilə bitirmişəm. Universiteti bitirdikdən sonra kimya müəllimi kimi məktəbdə fəaliyyət göstərmişəm.

Bundan əvvəki illərdə də MİQ-də iştirakım olub. Suallar mənə o qədər də çətin gəlmədi, əksinə, əvvəlki illərlə müqayisədə bu il daha sadə idi. Bəziləri çətin olduğunu desə də, şəxsi təcrübəmə görə rahat cavablandıra bildim.

Hazırda işləməsəm də, çalışmaq istədiyim yer Bakı şəhəridir. Özüm üçün hədəf olaraq minimum 94 bal nəzərdə tutmuşdum, nəticəm bir qədər daha yüksək oldu.

İmtahana özüm hazırlaşmışam. Düşünürəm ki, sistemli şəkildə hazırlaşmaq istəyən hər kəs uğur qazana bilər. Mənim tövsiyəm odur ki, qorxmasınlar. Çox adam deyir ki, MİQ çox çətindir, amma əslində belə deyil. Əsas məsələ odur ki, insan hər gün minimum 2 saat vaxt ayırsın və nizamlı çalışsın. Bu zaman nəticə də olur.

Gələcək il üçün keçiriləcək MİQ imtahanını səbrsizliklə gözləyirəm".

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox