Türkiyədə 2025-2026-cı tədris ilindən məktəblərdə vahid forma qaydası yenidən tətbiq ediləcək.
AzEdu.az-ın "NTV"dən aldığı məlumata əsasən, Təhsil naziri Yusuf Tekin bildirib ki, qərarın məqsədi valideynlərə əlavə maddi yükün qarşısını almaqdır.
Formalar sadə, iqtisadi, rahat və asan əldə oluna bilən olacaq. Onlarda xüsusi işarə, naxış və ya məhdudlaşdırıcı detallar yer almayacaq. Hər məktəbin forması rəsmi internet saytında paylaşılacaq və 4 tədris ili ərzində dəyişdirilməyəcək.
Nazir həmçinin qeyd edib ki, xüsusi sağlamlıq vəziyyəti olan şagirdlər üçün fərqli geyimlərə icazə veriləcək. Bu dəyişikliklər valideynlərin üzərinə əlavə xərclərin düşməsinin qarşısını almağı hədəfləyir.