Azedu.az

İşdən çıxarılan məktəb direktorları nə zaman işləməyə davam edə bilər?

Məktəblər

14 İyul 2025, 11:25
İşdən çıxarılan məktəb direktorları nə zaman işləməyə davam edə bilər?

İşdən çıxarılan, əmək müqaviləsinə xitam verilən məktəb direktorları təhsillə bağlı fəaliyyətlərinə hər hansı bir şəkildə davam edə bilirlərmi?

Azedu.az-a açıqlama verən hüquqşünas Babək Umudov bu suala cavabında bildirir ki, məktəb direktorları müəyyən hallarda təhsillə bağlı fəaliyyətlərinə müxtəlif formalarda davam edə bilərlər. Ancaq bu, bir neçə faktordan asılıdır:

164311

“Əgər direktorun pedaqoji təhsili və təcrübəsi varsa, o, müəllim kimi fəaliyyətini davam etdirə, təlimçi və ya mentor ola, özəl məktəblərdə və ya kurslarda pedaqoji və ya inzibati vəzifə tuta, həmçinin özəl repetitorluq və ya onlayn təhsil platformalarında dərs deyə bilər. Burada əsas rol oynayan amillərdən biri direktorun işdən çıxarılma səbəbidir. Əgər direktor inzibati səbəblərlə – məsələn, struktur dəyişiklikləri, rotasiya və s. – vəzifədən azad olunubsa, təhsildə fəaliyyət göstərməsinə heç bir hüquqi maneə yoxdur. Lakin əgər vəzifədən uzaqlaşdırma intizam pozuntusu, korrupsiya, etik qaydaların pozulması və ya cinayət işi nəticəsində baş veribsə, bu zaman dövlət sektorunda yenidən vəzifə tutmaq uzun müddətə və ya daimi olaraq məhdudlaşdırıla bilər. Bəzi hallarda isə tədris fəaliyyəti də məhdudlaşdırıla bilər”.

Umudov qeyd edir ki, əgər direktorun işdən çıxarılması ilə bağlı məhkəmə qərarı, Təhsil Nazirliyinin tətbiq etdiyi sanksiya və ya sertifikat ləğvi mövcuddursa, bu hallar onun təhsildə fəaliyyətinə son qoya bilər. Əgər belə bir hüquqi məhdudiyyət yoxdursa, fəaliyyətini davam etdirməsində hər hansı bir problem yaranmır.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox