Azedu.az

Azad Şuşada ilk “Son zəng”

Məktəblər

14 İyun 2025, 13:15
Azad Şuşada ilk “Son zəng”

Bu gün Şuşa şəhər 1 nömrəli tam orta məktəbdə işğaldan azad edildikdən sonra ilk dəfə "Son Zəng" tədbiri keçirilib.

AzEdu.az xəbər verir ki, tədbirdə Şuşa şəhəri üzə xüsusi nümayəndə Aydın Kərimov, Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin müşaviri, Azərbaycan Respublikası Təhsil İnstitutunun vəzifə səlahiyyətlərini icra edən Elnur Əliyev, Qarabağ Regional Təhsil idarəsinin müdiri Sənan Mənsimli, Şuşa şəhər Qoruq İdarəsinin icraçı direktoru Tural Novruzov, hüquq-mühafizə orqanlarının rəhbərləri və digər qonaqlar iştirak ediblər. 

Tədbirdə iştirak edən qonaqlar məzunları təbrik edib. Ölkəmiz və xalqımız üçün layiqli vətəndaş olmalarını arzulayıb, məktəbin pedaqoji kollektivinə şərəfli işlərində uğurlar diləyiblər.

Məktəblilərin ifasında ədəbi- bədii kompazisiyalar nümayiş etdirilib. 

Tədbirin sonunda məzunlara tam orta təhsil haqqında attestatlar təqdim edilib.

Bağçalardakı ən ciddi problemlər - Yalançı "özəllər", aldadılan valideynlər
Son xəbərlərDaha çox