Azedu.az

RFO-nun biologiya və tarix fənləri üzrə final turu keçirilib

Məktəblər

30 Aprel 2025, 12:28
RFO-nun biologiya və tarix fənləri üzrə final turu keçirilib

30 aprel 2025-ci il tarixində Respublika fənn olimpiadalarının respublika mərhələsinin biologiya və tarix fənləri üzrə üzrə final turu keçirilib.

AzEdu.az xəbər verir ki, Azərbaycan Texniki Universitetinin idman zalında baş tutan imtahanda biologiya fənni üzrə 125 nəfər, tarix fənni üzrə 125 nəfər, ümumilikdə isə 250 nəfər şagird iştirak edib. Nəticələr //portal.edu.az/ saytı vasitəsilə elan ediləcək. 

Qeyd edək ki, Respublika fənn olimpiadalarının biologiya fənni üzrə praktiki tur 1 may 2025-ci il tarixində təşkil olunacaq.

İnformatika fənni üzrə Respublika fənn olimpiadalarının final mərhələsi cari ildə ilk dəfə 2 gün olmaqla 25-26 aprel tarixlərində təşkil olunub. Aşağı yaş qrupu üzrə 107 nəfər, yuxarı yaş qrupu üzrə isə 95 nəfər imtahanda iştirak edib.

Fizika və kimya fənləri üzrə üzrə Respublika fənn olimpiadalarının final mərhələsi 28 aprel tarixində keçirilib. İmtahanda fizika fənni üzrə 121 nəfər, kimya fənni üzrə 120 nəfər, ümumilikdə isə 241 nəfər şagird iştirak edib.

29 aprel tarixində Respublika fənn olimpiadalarının fizika fənni üzrə praktiki turu baş tutub.

Azərbaycan dili və ədəbiyyatı və coğrafiya fənləri üzrə Respublika fənn olimpiadalarının final mərhələsinin 2 may, riyaziyyat fənni üzrə Respublika fənn olimpiadalarının final mərhələsinin isə 5-6 may tarixində keçirilməsi nəzərdə tutulur.

DÜNYA SAVAŞI - 24 saata hərbi əməliyyatlar başlayacaq
Son xəbərlərDaha çox