Niderlandda futbol oynayan orta məktəb şagirdi dizindən zədə aldıqdan sonra anesteziya altında ortopedik əməliyyat olunub.
AzEdu.az "Unikal"-a istinadən xəbər verir ki, əməliyyat uğurla keçib, lakin yeniyetmə gözlənilmədən amerikan aksenti ilə ingilis dilində danışaraq oyanıb və özünü ABŞ-nin Yuta ştatında zənn edib.
Məktəb dərslərində ancaq ingiliscə danışan və ana dili niderland dili olan orta məktəb şagirdi artıq öz ana dilini başa düşə və danışa bilmir. O ailəsini də tanımaqda çətinlik çıkib.
Həkimlər yeniyetməyə "xarici dil sindromu" diaqnozu qoyublar. Bu vəziyyət insanın öz ana dilini tərk etməsi və müvəqqəti olaraq başqa dildə danışmağa başlaması kimi müəyyən edilir.
Xarici Dil Sindromu (FLS) və Xarici Vurğu Sindromu (FAS) fərdlərin öz ana dilindən fərqli bir dil və ya vurğu danışmağa başlamasına səbəb olan nadir nevroloji xəstəliklərdir. İnsan həqiqi dildə danışmasa belə, nitqi yad ləhcəni xatırlada bilər. Bu hallar; danışıq sürətində, intonasiyada, həcmdə, artikulyasiyada və heca vurğusunda dəyişikliklərə səbəb ola bilər.
Bu, beyin şişi, insult, ciddi kəllə-beyin travması və ya beyin qanaması kimi səbəblərdən Broca bölgəsi adlanan danışma mərkəzi zədələndikdə baş verə bilər.
Bu sindromu ilk dəfə 1907-ci ildə fransız nevroloqu Pierre Marie təsvir edib və o vaxtdan bəri cəmi 100-ə yaxın hadisə qeydə alınıb.