Azedu.az

Yanlış təhsil strategiyası: Repetitorluğun artmasının əsas SƏBƏBİ

Məktəblər

Repetitor

9 Aprel 2025, 09:03
Yanlış təhsil strategiyası: Repetitorluğun artmasının əsas SƏBƏBİ

Təhsil, hər bir gəncin gələcəyini formalaşdırmasında ən vacib amillərdən biridir. Son dövrlərdə repetitor yanına getmək geniş bir tendensiyaya çevrilib.

 

Bəs, görəsən, bu halın arxasında duran əsas səbəb nədir? Şagirdlər məktəbdə keçirilən dərslərin yetərsiz olduğu üçünmü, yoxsa məktəbdə yaxşı nəticə əldə edə bilməyəcəklərini düşündüyü üçün repetitorlara üz tuturlar?

 

Təhsil eksperti Rizvan Fikrətoğlu mövzu ilə bağlı AzEdu.az-a açıqlama verib.

 

Ekspertin sözlərinə görə, repetitorluğu yaradan səbəblər var:

 

“Səbəblərdən biri də budur ki, məktəblərdəki təhsil Dövlət İmtahan Mərkəzinin verdiyi sual prinsiplərini ödəməyir. Məsələn, ən yaxşı oxuyan 11-ci sinif şagirdi fənn müəllimi ilə dərs keçir. Amma Dövlət İmtahan Mərkəzi 5, 6, 7, 8, 9, 10 və 11-ci siniflərindən sual tərtib edir. Yəni bir şagird nə qədər mükəmməl oxusa da, aşağı sinif materialını unuda bilir. Belə olan təqdirdə repetitorluq dövrə daxil olur.

 

Məktəbində belə bir imkanı olmadığına görə, şagird repetitor yanına getməyə məcbur qalır. Bunun qarşısını necə almaq olar? Misal üçün, 5, 6, 7-ci siniflər üçün yarımillik summativ qiymətləndirmələr keçirilir. Orada müəyyən ballar formalaşsa, şagird yalnız 10 və 11-ci sinif üzrə imtahan versə və əvvəlki imtahan balları da toplansa, burada repetitorluğu zəiflətmək olar.

 

Lakin yenə də tam qarşısını almaq olmur. Heç bir valideynə deyə bilmərik ki, sənin uşağını repetitor yanına qoyma. Yəni repetitorluq bir növ zərurətdən yaranır. Yanlış təhsil strategiyasında repetitorluq meydana gəlir. Bunun səbəbini təhsildə axtarmaq lazımdır".

Rusiyadan Bakıya hücum - Bunu da etdilər!
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox