Azedu.az

Xocalı soyqırımına həsr edilən xüsusi dərslər keçiriləcək

Məktəblər

25 Fevral 2025, 14:53
Xocalı soyqırımına həsr edilən xüsusi dərslər keçiriləcək

Fevralın 26-da təhsil müəssisələrində Xocalı soyqırımına həsr edilən xüsusi dərslər keçiriləcək.

AzEdu.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin "Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı Tədbirlər Planı”nda qeyd edilib.

Tədbirlər Planına uyğun olaraq, ümumi təhsil müəssisələrində Xocalı soyqırımına həsr olunmuş ədəbi-bədii kompozisiyaların, şagirdlərin əl işlərindən ibarət rəsm sərgilərinin təşkili, sənədli və bədii filmlərin nümayişi də nəzərdə tutulur.

NATO qırıcıları HƏRƏKƏTƏ KEÇDİ - Rusiyaya cavab
Son xəbərlərDaha çox