Azedu.az

İşə gedən gənc müəllim qəzada vəfat etdi 

Məktəblər

Bakı Şəhər üzrə Təhsil İdarəsi

Müəllimlər və elm adamları

23 Yanvar 2025, 12:22
İşə gedən gənc müəllim qəzada vəfat etdi 

Bakıda avtomobil qadını vuraraq öldürüb.

AzEdu.az xəbər verir ki, hadisə ötən gün saat 07:40 radələrində Nizami rayonu R.Rüstəmov küçəsində qeydə alınıb.

Belə ki, Şükür Məhərrəmov idarə etdiyi “Tofaş Doğan” markalı avtomobillə yolu keçən 1992-ci il təvəllüdlü Günay Əli qızı Pirizadəni vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Qeyd edək ki, G.Pirizadə P.İsmayılov adına 278 saylı orta məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi olub. Hadisə müəllim işə gedərkən baş verib.

Məhkəmədə dəhşətli sirlər açıldı
Son xəbərlərDaha çox