Azedu.az

Universitetlərdə bəzi ixtisaslar üzrə qəbul ŞƏRTLƏRİ

Məktəblər

Universitetlər

Maraqlı

Müəllimlər və elm adamları

Dövlət İmtahan Mərkəzi (DİM)

Tələbə və şagird

23 İyul 2024, 10:02
Universitetlərdə bəzi ixtisaslar üzrə qəbul ŞƏRTLƏRİ

Bir neçə ali təhsil müəssisinin bəzi ixtisaslar üzrə qəbul şərtləri açıqlanıb.

 

Bu barədə AzEdu.az-a Dövlət İmtaham Mərkəzindən məlumat verilib.

 

Bildirilib ki, Azərbaycan İlahiyyat İnstitutunun “Dinşünaslıq” ixtisasının müsabiqəsinə III ixtisas qrupunun DT altqrupu üzrə qəbul imtahanında topladıqları ümumi balları 150-dən və imtahanın ikinci mərhələsində topladıqları balları 50-dən az olmayan abituriyentlər buraxılırlar.

 

Azərbaycan İlahiyyat İnstitutunun “İslamşünaslıq” ixtisasının müsabiqəsində III ixtisas qrupunun DT altqrupu üzrə qəbul imtahanında topladıqları ümumi balları 150-dən, imtahanın ikinci mərhələsində topladıqları balları 50-dən az olmayan və bu təhsil müəssisəsində yaradılan dini-psixoloji komissiya tərəfindən aparılan müsahibədən müvəffəqiyyətlə keçən abituriyentlər iştirak edə bilərlər.

 

Azərbaycan Dövlət Aqrar Universitetinin “Meliorasiya mühəndisliyi” ixtisası üzrə həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlərin müsabiqəsinə I ixtisas qrupu üzrə qəbul imtahanında topladıqları ümumi balları 150-dən və imtahanın ikinci mərhələsində topladıqları balları 50-dən az olmayan abituriyentlər buraxılırlar.

 

Dövlət Gömrük Komitəsinin Akademiyasında təhsil almaq istəyən abituriyentlər ərizələrində imtahan verəcəkləri xarici dil kimi ingilis dilini seçməlidirlər. Dövlət Gömrük Komitəsinin Akademiyasının tədrisi ingilis dilində olan “İnformasiya texnologiyaları” və “Beynəlxalq ticarət və logistika” ixtisaslarının müsabiqəsinə qəbul imtahanının birinci mərhələsində (buraxılış imtahanında) ingilis dili fənni üzrə nisbi balı 50-dən az olmayan abituriyentlər buraxılır.

 

Milli Aviasiya Akademiyasının I qrup ixtisasları üzrə təhsil almaq istəyən abituriyentlər ərizələrində imtahan verəcəkləri xarici dil kimi ingilis dilini seçməlidirlər. Milli Aviasiya Akademiyasının “Uçuş mühəndisliyi” və “Hava nəqliyyatının hərəkətinin təşkili” ixtisaslarına 23 yaşına çatmamış abituriyentlər ərizə verə bilərlər. Milli Aviasiya Akademiyasının “Uçuş mühəndisliyi” və “Hava nəqliyyatının hərəkətinin təşkili” ixtisasları üzrə təhsil almaq istəyən abituriyentlər 1-ci bənddə göstərilən müddətdə və qaydada elektron ərizələrini təsdiq etdikdən sonra Heydər Əliyev Beynəlxalq Aeroportunda Tibb-sanitar İdarəsinin Aviasiya Poliklinikasında Həkim-uçuş ekspert komissiyasında xüsusi tibbi və psixofizioloji müayinədən keçməli, Milli Aviasiya Akademiyasında isə “Fiziki hazırlıq” üzrə normativləri yerinə yetirməlidirlər.

 

Tibbi və psixofizioloji müayinə şənbə, bazar və bayram günləri istisna olmaqla 4 mart – 3 may 2024- cü il tarixlərində hər gün saat 09:00-dan 16:00-dək keçirilməsi nəzərdə tutulmuşdur. “Fiziki hazırlıq” üzrə qabiliyyət müsabiqəsinə yalnız xüsusi tibbi müayinəni keçmiş abituriyentlər buraxılacaq. Qabiliyyət imtahanın cədvəli, şərtləri və normativləri Milli Aviasiya Akademiyasının rəsmi internet səhifəsində elan olunacaqdır.

 

Azərbaycan Dövlət Dəniz Akademiyasının tədrisi ingilis dilində olan “Dəniz naviqasiyası mühəndisliyi” və “Gəmi energetik qurğularının istismarı mühəndisliyi” ixtisaslarının müsabiqəsinə qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) ingilis dili fənni üzrə nisbi balı 50-dən az olmayan abituriyentlər buraxılır.

 

Lənkəran Dövlət Universitetinin “Xarici dil müəllimliyi (ingilis dili üzrə)” ixtisasını qəbul imtahanının birinci mərhələsində (buraxılış imtahanında) xarici dil kimi ingilis dilindən imtahan vermiş abituriyentlər seçə bilərlər.

 

Azərbaycan Dillər Universitetində təhsil almaq istəyən abituriyentlərin imtahan verəcəyi xarici dil seçiminə qoyulan məhdudiyyətlər.

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox