“İbtidai sinif müəllimlərinin ixtisasartırma ilə bağlı yüksək səviyyəli təlim keçmələrinə əmin deyilik”.
AzEdu.az-ın məlumatına görə, bunu Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun direktoru Vəfa Yaqublu "Təhsil işçilərinin əlavə təhsilində yeniliklər" mövzusunda keçirilən seminarda çıxış edərkən deyib.
O, qeyd edib ki, dünya praktikasında ixtisasartırmanı və bununla bağlı təlim seminarları elə pedaqoji təhsil verən universitetlər həyata keçirir:
“Lakin reallıq belədir ki, bu təlimləri keçmək üçün son 10 il ərzində Azərbaycanda şərti adı “təlimçi” adlanan bir ordu formalaşıb. Onların əsasını isə ibtidai sinif müəllimləri təşkil edir. Qeyd edək ki, həmin ibtidai sinif müəllimləri bir neçə istiqamət üzrə seminarlar keçirlər. Lakin insan bir sahə üzrə ixtisaslaşmalı və o sahədə təlimlər həyata keçirməlidirlər. Buna görə də, ibtidai sinif müəllimlərinin yüksək səviyyəli təlim keçmələrinə əmin deyilik”.