Azedu.az

Şahmat üzrə Avropa çempionatının qızıl medalçısı

Məktəblər

Elm və Təhsil Nazirliyi

Tələbə və şagird

19 İyun 2023, 13:35
Şahmat üzrə Avropa çempionatının qızıl medalçısı

Bakı məktəblisi şahmat üzrə məktəblilərin Avropa çempionatında qalib gəlib.

 

Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəısindən AzEdu.az-a məlumat verilib.

 

Belə ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 228 nömrəli tam orta məktəbin X sinif şagirdi Aqil İsrafilov Albaniyanın Durres şəhərində keçirilən şahmat üzrə Avropa çempionatında qızıl medalın sahibi olub. Şahmatçı 17 yaşadək oğlanlar kateqoriyasında 9 oyundan 7,5 xal toplayıb.

 

Qeyd edək ki, 10 ildir şahmatla məşğul olan A.İsrafilov ötən il Naxçıvanda keçirilən 16 yaşadək yeniyetmələrin Ümumdünya Şahmat Olimpiadasında “Azərbaycan-4” komandasının tərkibində 9 turda 7,5 xal toplayaraq ən çox beynəlxalq əmsal artıran iştirakçı seçilib.

 

Məktəblinin uğurları bununla bitmir. O, bir sıra digər yarışlarda da parlaq qələbələrə imza atıb.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox