AzEdu.az psixoloqların valideynlər üçün vacib məsləhətini diqqətinizə çatdırır.
Uşaqlarınızla aranızdakı bağlılığı daha da artırmaq, onların dərslərdə əldə etdikləri nailiyyətləri inkişaf etdirmək istəyirsinizsə, hər axşam yemək əsnasında bu üç sualı onlardan soruşun:
- Bu gün hansı dərsə daha yaxşı cavab verdin?
- Bu gün kimə yardım etdin?
- Hansı dərsi bilmədin?
Bu sualları davamlı olaraq illər boyu uşaqlarınıza verin. Cavablar hər keçən gün dəyişəcək. Amma hiss etdikləri məhəbbət, sevgi, doğmalıq həmişə sizinlə qalacaq.