Azedu.az

500-dən yüksək nəticə göstərən 235 nəfər ibtidai sinif müəllimliyini seçib - RƏSMİ 

Məktəblər

Müəllimlər və elm adamları

Bakalavr və sınaq imtahanları

12 Sentyabr 2018, 18:17
500-dən yüksək nəticə göstərən 235 nəfər ibtidai sinif müəllimliyini seçib - RƏSMİ 

Sentyabrın 12-də Bakı şəhəri təhsil işçilərinin ənənəvi təhsil konfransı keçirilib.

AzEdu.az xəbər verir ki, konfransda çıxış edən təhsil naziri Ceyhun Bayramov ibtidai təhsildən danışıb:

"Burada olan hər kəs, hər bir təhsil işçisi bilir ki, təhsilin təməli ibtidai təhsildən başlayır. Bir neçə il öncə 500 baldan yüksək toplayan cəmi bir nəfər tələbə ibtidai sinif müəllimliyi ixtisasını seçmişdi. Bu il isə 500 baldan yüksək nəticə toplayan 235 nəfər bu ixtisası seçib. Mən hesab edirəm ki, bu, bizim birlikdə gördüyümüz işlərin nəticəsidir. Bütün bu nəticələr növbəti illərdə də təhsil islahatlarının davam etdirilməsinə daha nikbin baxmağa ümid verir".

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox