“Tələbələr imtahanlarda ən müasir texniki üsullardan istifadə etməklə “şparqalka”dan yararlanırlar. Halal cəmiyyət yarada bilməsək, heçnəyə nail ola bilmərik”.
Bu fikirləri AzEdu təhsil portalı tərəfindən keçirilən “Azərbaycan universitetləri beynəlxalq reytinq müstəvisində: gerçəklik və hədəflər" mövzusunda keçirilən dəyirmi masada deputat Anar İsgəndərov deyib. O, müəllimlərin maaş məsələsini də xüsusi vurğulayıb:
“Hər zaman müəllimlərə deyirəm ki, şagirdlərlə mübahisə etməyin. Problemlər həqiqətən çoxdur. Müəllimin maddi çətinliyi varsa, ondan ideal dərs gözləmək olmaz. İdeal dərsi arzulasaq da, alınmayacaq”.