Azedu.az

Daha 2 şagird və 7 məktəb işçisi koronavirusa yoluxub

3 Fevral 2021, 17:35
Daha 2 şagird və 7 məktəb işçisi koronavirusa yoluxub

Təhsil Nazirliyi orta məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı son vəziyyəti açıqlayıb.

 

Nazirlikdən AzEdu.az-a bildirilib ki, 10 şagirin hərarəti 37 dərəcədən yuxarı olub.

 

İbtidai siniflərdə oxuyan 2 şagird koronavirusa yoluxub.

 

Virusa yoluxmuş işçi heyətinin sayı 7 nəfərdir.

 

Məktəbəqədər hazırlıq qruplarında təhsil alanlar arasında virusa yoluxan qeydə alınmayıb.

 

Qeyd edək ki, əyani dərslərdə iştirak edən şagirdlərin sayı 285 564 nəfər olub.

TƏCİLİ! Sərhəddə gərginlik-Silahlar işə düşdü
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox