Azedu.az

Nazir müavini informatika fənni ilə bağlı şikayətlərdən danışdı    

Məktəblər

Elm və Təhsil Nazirliyi

14 Dekabr 2020, 14:45
Nazir müavini informatika fənni ilə bağlı şikayətlərdən danışdı    

 

“Müəllimlər informatika fənni üzrə ayrılan saatların yetərli olmamasından şikayət edirlər. Eyni zamanda ali məktəblərə qəbul imtahanlarında informatikanın imtahan məzmununa salınmaması ilə bağlı da narazılıqlar var”.

 

AzEdu.az xəbər verir ki, bunu Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva deyib.

 

Onun sözlərinə görə, uzun illərdir bu məsələ təhsil sistemində çalışan, keyfiyyətin artırılmasında maraqlı olan təhsil işçilərinin diqqət mərkəzində olub: “Təbii ki, mövcud problemlərin aradan qaldırılması istiqamətində birdən-birə ciddi qərarın qəbul edilməsi mümkün deyil. Odur ki, BP ilə birgə həyata keçiriləcək “Ümumtəhsil müəssisələrində informatika təmayüllü siniflərin təşkili” layihəsi uzun illər arzusunda olduğumuz istiqamətə aparan cığırın açılması kimi qiymətləndirilməlidir. Yeni layihə tədris saatlarının artılması baxımında deyil, məzmunun təkmiləşdirilməsi, şagirdlər üçün müxtəlifyönlü seminarların, vebinarların keçirilməsi üçün təqdirəlayiq addımdır”.  (report)

Erməni hərbçi əsgərlərimizə qarşı, görün, nə edir
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox