Azedu.az

Bu hallarda MİQ müsahibəsinin nəticələri ləğv ediləcək-DİQQƏT

4 Dekabr 2020, 11:15
Bu hallarda MİQ müsahibəsinin nəticələri ləğv ediləcək-DİQQƏT

Dekabrın 14-dən ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin onlayn müsahibə mərhələsinə başlanılır.

Azedu.az xəbər verir ki, müsahibədə iştirak edəcək namizədlərin şəxsi səhifələrinə təlimatlar göndərilib. 

 

Həmin təlimata əsasən qanunsuzluğa yol  verildiyi halda namizədin nəticəsi ləğv ediləcək.

 

Müsahibədə namizədin yerinə başqası iştirak edərsə , namizədin təhsil sənədinin dövlət nümunəli olmadığı və ya diplom üzrə ixtisasının qeyri-pedaqoji olduğu aşkarlanarsa,  müsahibənin keçirilməsi ilə bağlı namizəd üzərinə düşən öhdəlikləri yerinə yetirməzsə, tələbləri pozarsa, müsahibənin gedişatına mane olarsa nəticələr qeydə alınmayacaq.

 

Həmçinin namizəd tərəfindən müsahibənin foto və video çəkilişi həyata keçirilərsə, habelə həmin foto və video materiallar internetdə, sosial şəbəkələrdə və ya digər açıq mənbələrdə yerləşdirilərsə namizədin onlayn müsahibə nəticəsi ləğv edilir .

 

Qeyd edək ki, 6 dekabr saat 23:59-dək isə elektron poçt ünvanını müvafiq xanaya yazaraq iştiraklarını təsdiq etməlidirlər. Məlumatlar yoxlanıldıqdan sonra namizədlərin şəxsi səhifəsinə müsahibənin keçirilmə tarixi barədə məlumat göndəriləcək.

Erməni hərbçi əsgərlərimizə qarşı, görün, nə edir
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox