Aprelin 18-də saat 20:00 radələrində Xətai rayonu Araz Novruzov və Qafqaz küçələrinin kəsişməsindəki məişət tullantıları konteynerində naməlum səbəbdən yanğın baş verib. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AzEdu.az-a verilən məlumata görə, yanğın zamanı külək nəticəsində alov 58 nömrəli tam orta məktəbin həyətindəki 2 ədəd şam ağacına sıçrayıb. Nəticədə şam ağaclarında yanğın baş verib.
Məktəbin gecə gözətçisi dərhal yanğından mühafizə idarəsinə məlumat verib.
Vaxtında müdaxilə nəticəsində yanğın söndürülüb və məktəbin binasına zərər dəyməyib. Hadisə nəticəsində xəsarət alan olmayıb.