Azedu.az

İşə qəbul üzrə 2 609 vakansiya təqdim olunub

Məktəbə qəbul

23 İyun 2025, 13:24
İşə qəbul üzrə 2 609 vakansiya təqdim olunub

2024-2025-ci tədris ili üçün müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqəsinə BŞTİ tərəfindən 2 609 vakansiya təqdim olunub. Müsabiqələr nəticəsində tədris ili ərzində 1925 nəfər işə qəbul edilib.

Bunlardan:

  •  1046 nəfər müddətsiz müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə nəticəsində;
  •  879 nəfər müddətli müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə nəticəsində.

 

AzEdu.az xəbər verir ki, həmçinin tədris ili ərzində ümumi təhsil müəssisələrinə işə qəbul müsabiqəsi nəticəsində tutulmayan yerlər üzrə dərs saatlarının tədris edilməsi üçün digər məktəblərdən əvəzçilik qaydasında 617 ixtisaslı kadr dəvət edilib. 156 nəfər isə müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerini dəyişməsi nəticəsində işə qəbul olunub.

İsrail DƏHŞƏTLİ HÜCUMA başladı - İran üç istiqamətdə vurulur
Son xəbərlərDaha çox