Azedu.az

Xaricdə 13 universitetə qəbul alan gənc: “Yeni təcrübələr qazanacam”

Maraqlı

Müəllimlər və elm adamları

Müsahibə

Magistratura

Tələbə və şagird

19 Avqust 2024, 09:30
Xaricdə 13 universitetə qəbul alan gənc: “Yeni təcrübələr qazanacam”

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin SABAH qrupları tələbəsi Kənan Abdiyev dünyanın 13 nüfuzlu ölkəsinin qabaqcıl universitetlərində magistr dərəcəsi üzrə təhsil almaq hüququ əldə edib.

 

K.Abdiyev təhsilini Dövlət Proqramı çərçivəsində tam təqaüd qazanmaqla ABŞ-də davam etdirəcək. 

 

Onun qəbul aldığı universitetlər sırasında “University of Maryland", "University of Utrecht", "University of Glasgow", "Lund University" "Bremen University", "KU Leuven" və.s kimi nüfuzlu ali təhsil ocaqları var.

 

Onun seçimi ABŞ-nin Maryland Universitetinin Dövlət İdarəetməsi ixtisasının İctimai Siyasət ("UMD School of Public Policy") proqramı olub.

 

AzEdu.az Təhsil Portalı olaraq Kənan Abdiyevlə əlaqə saxladıq.

 

O, öz təəssüratlarını bizmlə bölüşüb.

 

-Kənan bəy, ilk növbədə təhsilinizlə bağlı məlumat almaq istərdik...

 

-Mən, 2009-cu ildə Suraxanı rayonu 279 saylı orta məktəbin 1-ci sinfinə getmişəm. 11 il ərzində əlaçı olmuşam və fərqlənmə attestatı ilə məktəbi bitirmişəm. 2020-2024-cü illərdə 651 bal toplamaqla BDU-nun hüquqşünaslıq ixtisası üzrə təhsil almışam. II kursda SABAH qruplarına keçdim. Bakalavrda da təhsilimi fərqlənmə dərəcəsi ilə (97 balla) bitirdim.

 

-Xaricdə təhsil almaq istəyinizi ailəniz necə qarşıladı?

 

-Bu xəbəri eşitmək əlbəttə ki, həm mənim, həm də ailəm üçün sevindirici oldu. Təkcə ailəm deyil, bütün yaxınlarım bu yolda mənə böyük dəstək göstəriblər.

 

-Kənan bəy, xaricdə təhsil almaq barədə nə zaman qərara gəldiniz?

 

-Bakalavr təhsilimə başladığım müddətdən etibarən düşündüm ki, gələcəkdə mütləq xaricdə təhsil almalıyam. Hesab edirəm ki, xaricdə yeni təcrübələr qazanıb ölkəmizdə tətbiq etməliyəm.

 

-Gələcəklə bağlı hədəfləriniz nələrdir?

 

-Hazırda qəbul aldığım universiteti yüksək dərəcə ilə bitirmək ən böyük hədəflərimdəndir. Dövlətin mənə verdiyi şəraitdən tam istifadə etmək istəyirəm.

 

-Niyə məhz ABŞ universitetində təhsil almağı düşünürsünüz?

 

-Düşünürəm ki, seçdiyim ixtisası məhz bu ölkədə daha çox inkişaf etdirə biləcəm. Həmçinin orada olan ali məktəblərin reytinqi daha yüksəkdir. Eyni zamanda dövlətimiz üçün təşkil edilən tədbirlərdə də rahat iştirak edəcəyimi düşündüyüm üçün həmin universiteti seçmək qərarına gəldim.

 

-Xaricdə təhsil almaq istəyən hazırda yüzlərlə gənc var. Onlara tövsiyyəniz necə olardı?

 

-Xaricdə təhsili seçmək bir o qədər əziyyətli, maraqlı və nəticəsi olan yoldur. Əgər insan ali məktəblərin lazımi tələblərini qarşılaya bilirsə, sözsüz ki, istəyinə çatacaq.

 

Düşünürəm ki, hər bir şəxs öz üzərində işləsə və dayanmadan məqsədinə doğru irəliləsə o həmin məqsədə çatacaq. Çünki çəkilən əziyyət yerdə qalmır. Hər bir insan yetəri qədər əziyyət çəkirsə və buna doğrudan da qəlbən inanırsa o həmin arzuladığı məqsədə çatmış olur.

 

Məhkəmədə dəhşətli sirlər açıldı
Son xəbərlərDaha çox