Mayın 2-də Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının iclası keçirilib.
Bu barədə AzEdu.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Nazirlikdən verilən məlumata görə, keçənilki sertifikatlaşdırma prosesinə 29 951 müəllim cəlb olunub.
Qeyd edək ki, sertifikatlaşdırmadan keçmiş 5 246 təhsilverənin vəzifə maaşına 35 faiz, 17 914 təhsilverənə isə 10 faiz artım tətbiq edilib.