Azedu.az

DİM-də Məhkəmə orqanlarının işçiləri üçün onlayn təlim keçirilib

Maraqlı

Müəllimlər və elm adamları

Dövlət İmtahan Mərkəzi (DİM)

19 Dekabr 2023, 14:36
DİM-də Məhkəmə orqanlarının işçiləri üçün onlayn təlim keçirilib

19 dekabr 2023-cü il tarixində DİM-in Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamentinin Vəzifələrin idarə edilməsi və ehtiyat kadrlarla iş sektorunun baş məsləhətçiləri Könül Səlimova və Akif Bayramov tərəfindən “Dövlət orqanlarında inzibati vəzifələrin tutulması şərtləri və qaydaları” və “Dövlət qulluğunda ehtiyat kadrların idarə edilməsi” mövzularında təqdimatlar edilib, habelə “Dövlət qulluğu - Vəzifələrin İdarə Edilməsi Sistemi” və “Dövlət qulluğu - Ehtiyat Kadrların İdarə Edilməsi Sistemi”ndən istifadə ilə bağlı təlim keçirilib. 

 

AzEdu.az xəbər verir ki, təlimdə 58 dövlət orqanının müəyyən etdiyi 61 məsul şəxs iştirak edib.

 

Təlim iştirakçılarına inzibati vəzifələrin müsabiqə, ümumi və daxili müsahibə əsasında tutulması, namizədlərə dair tələblər, müvafiq vəzifələr üzrə qulluq funksiyalarının, vəzifənin tutulma şərtlərinin müəyyən edilməsi, müsahibə proqramlarının hazırlanması ilə bağlı tələblər, ehtiyat kadrların formalaşdırılması qaydaları, analoji vəzifələrin müəyyən edilməsi, ehtiyat kadrların analoji vakant vəzifələrə təyin edilməsi, habelə müvafiq informasiya sistemlərindən istifadə qaydaları və müvafiq sahəyə dair digər məsələlər barədə məlumat verilib.

 

Təlimin sonunda mövzu ilə bağlı müzakirə aparılıb və iştirakçıların sualları cavablandırılıb.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox