Əvvəlcədən məlumat verildiyi kimi, ETS (Educational Testing Service) tərəfindən təşkil olunan GRE imtahanlarında 22 sentyabr 2023-cü il tarixindən etibarən yeniliklər tətbiq olunacaq.
AzEdu.az xəbər verir ki, yeni dəyişikliklərdən sonra imtahan müddəti 2 saatdır.
Qeyd olunan tarixdən etibarən imtahan verən namizədlər GRE imtahanı üçün rəsmi hazırlıq resursları və yeni, sadələşdirilmiş imtahan üçün nəzərdə tutulmuş praktik testlərlə buradan tanış ola bilərlər.
Xatırladaq ki, tapşırıqların sayı azaldılsa da, imtahanın ümumi strukturu və məzmunu dəyişməyib.
22 sentyabr tarixindən etibarən tətbiq olunacaq yeni imtahan modeli aşağıdakı kimi olacaq:
Bölmə | Struktur | İştirakçıya verilən müddət |
Analitik yazı | 1 bölmə - 1 məsələ tapşırığı | 30 dəqiqə |
Riyazi məntiq | 2 bölmə - 27 sual | 47 dəqiqə |
Verbal məntiq | 2 bölmə - 27 sual | 41 dəqiqə |
Ümumi |
| 1 saat 58 dəqiqə |
İmtahan vaxtının qısaldılması nəticəsində:
Hər üç imtahan bölməsi üzrə qiymətləndirmə prosesi və bal şkalası eyni qalacaq. Namizədlər GRE Ümumi Testini hər 21 gündə bir dəfə olmaqla 12 aylıq dövr ərzində beş dəfəyə qədər verə bilərlər.
İmtahan nəticələrinin elan edilməsi:
İmtahanda iştirak edən namizədlər testin rəsmi nəticəsini daha tez – 8-10 iş günü ərzində əldə edə biləcəklər.
İmtahana qeydiyyat:
GRE Ümumi Testi haqqında yeniliklər barədə daha ətraflı məlumat əldə etmək üçün //www.ets.org/gre/test-takers/general-test/enhancements.html saytına, DİM-də keçiriləcək imtahan tarixləri ilə tanış olmaq üçün isə verilmiş keçidə daxil ola bilərsiniz.