Azedu.az

MİQ üzrə vakansiya seçimi başlanır

Maraqlı

Müəllimlər və elm adamları

Diaqnostik qiymətləndirmə

MİQ

22 İyul 2023, 09:11
MİQ üzrə vakansiya seçimi başlanır

Bu gün saat 11:00-dan müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsinə başlanılır.


Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən AzEdu.az-a bildirilib ki, əvvəlcə vakant yer seçmək imkanı müsabiqədə minimum tələbi ödəyən şəhid ailələrinin üzvlərinə verilir.


Namizədlər iyulun 25-i saat 11:00-dək şəxsi səhifələrinə daxil olaraq seçim edə bilərlər.
Vakansiya seçimi zamanı diqqətli olmaq tövsiyə edilir. Seçimi yekunlaşdırdıqdan sonra isə təsdiqləmək lazımdır.


Xatırladaq ki, iyulun 11-dən 15-dək keçirilən müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı mərhələsində 47 min 586 namizəd iştirak edib.


Cari ildə 10 min müəllimin işə qəbulu hədəflənib. Hər müəllim vakansiya seçimində maksimum 8 yer seçə bilər.


Müəllimlərin işə qəbulu üzrə müsabiqənin təşkilində məqsəd savadlı və bacarıqlı müəllimlərin seçilməsidir.


Son iki il ərzində müəllimlərin işə qəbulu imtahanı vasitəsilə müddətsiz müqavilə əsasında 7 724, müddətli əsaslarla isə 11 854 nəfər işə qəbul olunub.

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox