Azedu.az

Daha bir azərbaycanlı qız dünyanın nüfuzlu universitetində oxuyacaq

Maraqlı

Xaricdə Təhsil

20 Mart 2023, 12:13
Daha bir azərbaycanlı qız dünyanın nüfuzlu universitetində oxuyacaq

Dünyanın TOP universitetləri sırasında ön yerlərdə gedən Massaçusets Texnologiya İnstitutuna (ABŞ) qəbul olunmuş azərbaycanlı şagirdlər Dəniz Səttarlı və Fidan Qarayeva haqqında bir neçə gün öncə məlumat vermişdik.

AzEdu.az xəbər verir ki, bir neçə gün öncə daha bir azərbaycanlı qız nüfuzlu xarici ali təhsil ocağına qəbul olunub.

Belə ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü ilə yaranan “Technest” təqaüd proqramının məzunu İradə Feyzullayeva dünya üzrə TOP15-də yer alan Johns Hopkins Universitetinə (ABŞ) qəbul olunub.

İradə Feyzullayeva “Technest” layihəsi çərçivəsində "Talant" Təqaüd Proqramının qaliblərindən biridir. O, Azerbaijan Robotics Engineering Academy-də təlimçi kimi fəaliyyət göztərib.

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox