Oktyabrın 18-də Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Şagirdlərin nümunəvi məktəbdaxili nizam-intizam qaydaları" və “Valideyn-məktəb münasibətlərinin tənzimlənməsi üzrə təlimat”ın ictimai müzakirə təşkil edilib.
Müzakirə zamanı bir sıra vacib məqamlara toxunulub:
AzEdu.az həmin məqamları təqdim edir:
Valideyn-məktəb münasibətlərinin tənzimlənməsi və şagirdlərin nümunəvi məktəbdaxili nizam-intizam qaydaları haqda layihə sənədi hazırlanıb.
Sənədə əsasən məktəblərdə İntizam Şurası yaradılacaq.
Şuranın yaradılması və tərkibində valideynin iştirakı məcburi olacaq.
Məktəblərdə nizam-intizam qaydalarını pozan şagirdlərə qarşı tətbiq ediləcək inzibati tədbirlər müəyyənləşib.
İnzibati tədbirlər şagirdlərin davranış səviyyələri nəzərə alınmaqla tətbiü ediləcək. Davranış səviyyələrinə görə tətbiq ediləcək inzibati tədbirlər aşağıdakılardır:
- müəllim baxışı, qeyri-verbal münasibət
- şagirdlərlə sakit söhbət
- xəb- uzaqlaşdırma
- valideyn ilə əlaqə saxlamaq
- dərsdən sonra şagirdin məktəbdə saxlanması
- psixoloqa yönləndirmə
- sarı xəbərdarlıq məktubu
- narıncı xəbərdarlıq
- qırmızı xəbərdarlıq