Azedu.az

Bu şəxslər qanunsuz şəkildə direktor işləyirlər - Vacib qayda

13 Oktyabr 2022, 11:44
Bu şəxslər qanunsuz şəkildə direktor işləyirlər - Vacib qayda

Məktəb rəhbəri vəzifəsində çalışmaq istəyənlər direktorların işә qәbul üzrә müsabiqәsində iştirak edərək özlərini sınaya bilərlər.

 

Test və müsahibə mərhələsindən ibarət olan DİQ-də namizədlərin iştirakı üçün müəyyən məhduduiyyətlər tətbiq edilir.

 

AzEdu.az həmin məhdudiyyətləri təqdim edir:

 

Pedaqoji vә idarәetmә ixtisas sahәlәri üzrә ali tәhsili, 5 ildәn az olmayaraq  pedaqoji stajı  vә hazırda məktəbdə pedaqoji fәaliyyәtlә mәşğul olmayan şәxslәrin müsabiqədə  iştirakı mümkün deyil.

 

Həmçinin, tәhsilin tәşkili vә idarә olunması ixtisası üzrә elmi dәrәcә vә elmi adı olduqda pedaqoji staj  3 il tələb olunur.

 

Mәhkumluğu ödәnilmәmiş vә ya götürülmәmiş, elәcә dә mәhkәmәnin qәrarına әsasәn, yaxud sağlamlığı ilә әlaqәdar pedaqoji fәaliyyәt göstәrmәsi qadağan olunan şәxslәr direktorların işә qәbulu üzrә müsabiqәdә iştirak edә bilmәzlәr.

 

Qeyd edək ki, bu Qaydalar Nazirliyin birbaşa tabeliyindә olan lisey vә gimnaziyalara şamil edilmir.

 

Rusiyadan Bakıya hücum - Bunu da etdilər!
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox