"Təhsil Nazirliyi sualları imtahandan sonra açıqlamalı, onların müzakirəsini təşkil etməli, daha keyfiyyətli sualların alınması üçün resurslar ayırmalıdır".
AzEdu.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz bildirib.
Prezident, DİM-in zaman-zaman ədalətsiz münasibə5t sərgilədiyini və Nazirliyin də bu fikrə düşdüyünü qeyd edib:
“Təhsil Nazirliyinin İnsan Resursları Mərkəzi açıqlayıb ki, ötən gün keçirilən müəllimlərin işə qəbulu imtahanında namizədlərdən biri sualları imtahan zalından çıxarmağa cəhd edib. Və Nazirlik dərhal da onun nəticələrinin ləğv olunduğunu, hətta barəsində daha ciddi tədbir görüləcəyi, imtahan rəhbəri və nəzarətçinin də cəzalanacağını bildirib. Çox təəccüblüdür və anlaşılan deyil. Zaman-zaman DİM də abituriyentlərə və şagirdlərə qarşı belə ədalətsiz və haqsız münasibətlər sərgiləyir. İndi görünür ki , Təhsil Nazirliyi də bu fikrə düşüb”.
Osman Gündüz, məsələ ilə bağlı müəllimlərin günahının olmadığını, problemin imtahan təşkilatçılarına aid olduğunu vurğulayıb:
“Nə üçün TN imtahandan sonra sualların, məhz cavabların deyil, sualların digərlərinə çatmasından narahatdır ?
Fikrimcə burada iki əsas amil rol oynaya bilər :
Bu səbəblərin heç birisinin müəllimlərə və nəzarətçilərə dəxli yoxdur, bunlar imtahanı təşkil edənlərin problemidir, baş verənlərə görə müəllimin nəticəsinin ləğvi və cəza tədbirləri qanunsuzdur və ədalətsizdir”.
Prezident, Nazirliyin MİQ üçün sual bankı yaratmaq məqsədi ilə hökumətə müraciət etməli olduğunu qeyd edib:
“Düşünürəm ki, əksinə olmalıdır. Təhsil Nazirliyi sualları imtahandan sonra açıqlamalı, onların müzakirəsini təşkil etməli, daha keyfiyyətli sualların alınması üçün resurslar ayırmalıdır. İmtahanlardan sonra isə köhnə sualların bankı hazırlanıb internetdə yerləşdirilməlidir. Bütün bunlar üçün səylər göstərmək və resurslar xərcləmək əvəzinə günahsızları cəzalandrımaq yolverilməzdir.Əgər Nazirliyin resursları yoxdursa onda zəhmət çəkib hökumətə müraciət olunsun ki, MİQ üçün sual bankı yaratmağa vəsaitlər ayrılsın”.
Son olaraq o, Təhsil Nazirliyi rəhbərliyinin bunları nəzərə alacağına ümüd etdiyini bildirib.