Gənclər Fondu gənclər üçün 13-cü qrant müsabiqəsinin nəticələrini açıqlayıb.
AzEdu.az xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər Fondu 14 iyul - 23 avqustda 13-cü qrant müsabiqəsi üçün layihə qəbulu həyata keçirib. Fondun Müşahidə Şurasının qərarına əsasən yerli layihələr üzrə 161 layihənin dəstəklənməsi məqsədəuyğun hesab edilib.
13-cü qrant müsabiqəsinin qaliblərinin siyahısı ilə aşağıdakı keçid vasitəsi ilə tanış ola bilərsiniz:
//youthfoundation.az/wp-content/uploads/2019/10/13c-2019.pdf
Qeyd edək ki, qrantın alınması məqsədilə bu gündən etibarən müsabiqədə qalib olmuş hər bir gənc Fondun rəsmi internet saytına öz kod və şifrəsi vasitəsi ilə daxil olaraq müqavilənin elektron şəkildə razılaşdırılmasını həyata keçirə bilərlər. Azərbaycan Respublikasının Gənclər Fondunun qrant müsabiqələri çərçivəsində gənclə Fond arasında qrant müqaviləsinin bağlanması üçün elektron sistemə daxil olaraq Xidmətlər bölməsindən istifadə edərək Müqavilə pəncərəsinə keçid edilməlidir.