Azedu.az

Növbəti qəbul imtahanında təhlükəsizlik tədbirləri genişləndiriləcək – Xüsusi texnologiya  

Maraqlı

Buraxılış İmtahanları

Dövlət İmtahan Mərkəzi (DİM)

16 May 2019, 11:04
Növbəti qəbul imtahanında təhlükəsizlik tədbirləri genişləndiriləcək – Xüsusi texnologiya  

19 mayda II və III ixtisas qrupları üzrə keçiriləcək qəbul imtahanlarında bəzi imtahan binalarına giriş zamanı imtahan iştirakçılarının şəxsiyyətini dəqiqləşdirmək məqsədi ilə “FaceRecognition” (üzün tanınması) texnologiyasına əsaslanan proqram-texniki vasitələrdən istifadə olunacaq.

AzEdu.az-a bu barədə Dövlət İmtahan Mərkəzindən bildiriblər.

Bu texnologiyanın tətbiq edilməsində əsas məqsəd abituriyentlərin imtahan binasına buraxılış rejimini daha sürətli həyata keçirmək və qeydiyyatdan keçmiş abituriyentlərin əvəzinə başqa bir şəxsin imtahan binasına daxil olmasının qarşısını almaqdır.

Növbəti illərdən texnologiyadan istifadənin daha da genişləndirilməsi nəzərdə tutulub.

Xatırladaq ki, 12 mayda I və IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarında 3 nəfər başqasının yerinə imtahan girməyə cəhd etsə də, üz tanıma cihazı vasitəsilə aşkarlanıb və onlar imtahana buraxılmayıblar.

Rusiyadan Bakıya hücum - Bunu da etdilər!
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox