Azedu.az

Şagirdlər “Qərbi Azərbaycana qayıdış” olimpiadasının qalibi olub

Lənkəran-Astara Regional Təhsil İdarəsi

20 İyun 2025, 10:45
Şagirdlər “Qərbi Azərbaycana qayıdış” olimpiadasının qalibi olub

Olimpiadanın final mərhələsində iştirak edən 33 nəfərdən 18-i qalib olub. Onlardan 3 nəfər I, 6 nəfər II, 9 nəfər isə III yerə layiq görülüb.

Bu barədə AzEdu.az-a Lənkəran-Astara Regional Təhsil İdarəsindən məlumat verilib.

İdarədən bildirilib ki, Cəlilabad şəhəri 7 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi Quliyev Fərid Rəsul oğlu və Cəlilabad rayonu Gülməmmədli kənd tam orta ümumtəhsil məktəbinin şagirdi Vəliyev Kənan Rizvan oğlu gümüş medala layiq görülüblər.

Xatırladaq ki, ötən il Kənan Vəliyev sözügedən olimpiadada, Fərid Quliyev isə Respublika fənn olimpiadasında (tarix fənni üzrə) qızıl medal qazanıblar.

Qeyd edək ki, olimpiadanın keçirilməsində məqsəd şagirdlər arasında Qərbi Azərbaycanın tarixi, mədəni irsi və ictimai-siyasi əhəmiyyəti haqqında bilikləri artırmaq, milli yaddaşı möhkəmləndirmək və vətənpərvərlik ruhunu təbliğ etməkdir.

TƏCİLİ: Qabil Məmmədovla bağlı qərar verildi
Son xəbərlərDaha çox