Azedu.az

11 illik bazadan kolleclərə ixtisas seçimi nə vaxt başlanacaq?-DƏQİQ TARİX

30 Avqust 2021, 11:12
11 illik bazadan kolleclərə ixtisas seçimi nə vaxt başlanacaq?-DƏQİQ TARİX

11 illik bazada kolleclərə ixtisas seçimi ali təhsil müəssisələrinin seçimi başa çatdıqdan sonra-sentyabrın əvvəli başlayacaq.

 

Ümumi ( 9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq üçün avqustun 27-dən başlanan ixtisas seçimi davam edir.

Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki, ixtisas seçimi sentyabrın 7-dək internet vasitəsilə həyata keçirilir.

 

Bəs 11 illik bazadan kolleclərə ixtisas seçimi nə vaxt başlanacaq?

AzEdu.az DİM-ə istinadən xəbər verir ki, 11 illik bazada kolleclərə ixtisas seçimi ali təhsil müəssisələrinin seçimi başa çatdıqdan sonra-sentyabrın əvvəli başlayacaq. İxtisas seçimi başlayanda qeydiyyat da aktiv olunacaq.

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox