IX illik bazada kolleclərə ixtisas seçimi 24 iyul - 5 avqust tarixlərində aparılacaq.
Bu barədə Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər.
Abituriyentlər qəbul olduqları təhsil müəssisələrində 8 - 23 avqust tarixlərində qeydiyyatdan keçə biləcəklər.
Boş qalan yerlərə ixtisas seçimi 27 avqust - 2 sentyabr aralığında, boş qalan yerlərə qəbul olan abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı isə 4 - 11 sentyabr tarixlərində aparılacaq.
XI illik bazada kolleclərə ixtisas seçimi 15 - 19 avqust tarixlərində baş tutacaq.
Abituriyentlər qəbul olduqları təhsil müəssisələrində 29-29 avqust tarixlərində qeydiyyatdan keçə biləcəklər.
Boş qalan yerlərə ixtisas seçimi 30 avqust - 4 sentyabr aralığında, boş qalan yerlərə qəbul olan abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı isə 6 - 11 sentyabr tarixlərində aparılacaq.