Azedu.az

Kənd məktəblilərinin bu fəndən nəticələri yüksəkdir - STATİSTİKA

İmtahanlar

Tələbə və şagird

16 Yanvar 2025, 09:37
Kənd məktəblilərinin bu fəndən nəticələri yüksəkdir - STATİSTİKA

Böyük şəhərlərdən və kəndlərdə olan abituriyentlərin ixtisas qruplarındakı fənlər üzrə test suallarına cavabvermə göstəriciləri ilbəil dəyişir. Əsasən xarici dil (ingilis dili) üzrə şəhərlərdə abituriyentlərin nəticələri daha yüksək olur.

 

Bəs görəsən, hansı fənlər üzrə kənd rayonlarındakı abituriyentlərin nəticələri şəhərdəkilərlə bərabər səviyyədədir?

 

AzEdu.az mövzu ilə bağlı araşdırma edib.

 

Araşdırmaya əsasən, 2023-cü ildə şəhər və kəndlərdə yaşayan abituriyentlərin II və III ixtisas qrupları üzrə qəbul imtahanında coğrafiyatarix fənləri üzrə nəticələr bərabər səviyyədə olub.

 

2022-ci ildə isə həmin qruplar üzrə coğrafiya tarix fənləri arasında şəhər və kənd rayonları üzrə minimal fərq olub. Belə ki, həmin il şəhər yerindən olan abituriyentlərin müvafiq fənlər üzrə nəticələri kənd rayonlarına nisbətən yüksək olub.

 

2021-ci ildə abituriyentlərin nəticələrinə əsasən coğrafiya tarix fənlərindən şəhər məktəblilərinin nəticələri kənddəkilərə nisbətdə yüksək fərqlə seçilib.

 

Maraqlısı budur ki, 2020-ci ildə ildə II və III qruplar üzrə tarix fənni üzrə kənd rayonlarından olan abituriyentlər daha yüksək nəticələr əldə ediblər.

 

Statistikalardan da aydın olur ki, 4 il coğrafiya fənni üzrə kənd rayonlarında təhsil alan abituriyentlərin nəticələri ilbəil artmış, tarix fənnində isə yalnız 2020-ci ildə kənd məktəbliləri şəhər məktəblilərini üstələyib.

 

Görünən odur ki, kəndlərdə tarix fənnindən olan nəticələr artır. Növbəti illərdə kənd rayonlarında tarix üzrə nəticələrin yüksələcəyini demək olar.

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox