Lənkəran şəhərində avtomobil altıyaşlı oğlanı vurub.
AzEdu.az xəbər verir ki, hadisə səhər saat 09:30-da şəhərin 20 Yanvar küçəsində baş verib.
Şəhər sakini, 1979-cu il təvəllüdlü Azər Əsgərov idarə etdiyi QAZ-3110 markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən 2019-cu il təvəllüdlü A.İsmayılzadəni vurub.
Xəsarət alan uşaq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda azyaşlının vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.