Azedu.az

Qəbələdə 11-ci sinif şagirdi cinayət törətdi

Hadisə

14 Avqust 2025, 11:05
Qəbələdə 11-ci sinif şagirdi cinayət törətdi

Qəbələdə 11-ci sinif şagirdi qonşusunu bıçaqlayıb.

AzEdu.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Həmzəli kəndində baş verib.

Kənd sakini, 2008-ci il təvəllüdlü Əbülfət Məmmədov (soyad şərtidir) kənd sakinlərindən məlumat alıb ki, qonşuları Zamiq adlı şəxs onun xəstəxanada işləyən anasının əxlaqsız olduğu barədə məlumat yayır. O, bu barədə bir neçə dəfə danışsa da, Zamiq heç kimə məlumat vermədiyini bildirib.

Hadisədən bir neçə gün sonra Əbülfətin ailə üzvləri kənd ərazisindəki torpaq sahəsini satışa çıxarıb və sahəni almaq üçün hərbi geyimli müştəri onlara gəlib. Ailə ilə alıcı torpaq sahəsi barədə razılıq əldə edib və hərbçi evinə gedib. Məlum olub ki, məsələdən xəbər tutan Zamiq hərbçini izləyərək kəndin kənarında ona yaxınlaşıb və həmin torpağı almamağı məsləhət görüb. O hərbçiyə bildirib ki, həmin ailə əxlaqsızdır. Nəticədə hərbçi torpaq sahəsini almaqdan vaz keçib.

Bu barədə məlumat alan Əbülfət yenidən Zamiqə zəng vuraraq, onu söhbətə çağırıb. Zamiq şəxsi avtomobili ilə Əbülfətin yanına gəlib, onu avtomobilinə mindirərək kəndin kənarına aparıb. Onlar həmin ərazidə yenidən mübahisə etməyə başlayıblar. Bu vaxt Əbülfət cibində gətirdiyi bıçaqla Zamiqə zərbə endirib. Polis əməkdaşları yaralını xəstəxanaya yerləşdirib və faktla bağlı cinayət işi başlanıb.

Qəbələ rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ə.Məmmədov saxlanılıb və istintaqa təhvil verilib.

Şəki Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə yeniyetməyə üç il azadlıqdan məhrumetmə cəzası təyin edilsə də, məhkəmə onun yeniyetmə olduğunu və ilk cinayət törətdiyini nəzərə alaraq cəzasını şərti hesab edib.

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox