Gənclərin gələcək karyerasında və cəmiyyətin inkişafında ali təhsil mühüm rol oynayan amillərdən biridir. Hər il minlərlə abituriyent ali məktəblərə qəbul olmaq üçün səy göstərir və onların əksəriyyəti ölkənin aparıcı təhsil müəssisələrinə üstünlük verir.
Maraqlıdır, Gəncə-Daşkəsən regionu üzrə abituriyentlər ən çox hansı universitetlərə qəbul olub?
AzEdu.az-ın Dövlət İmtahan Mərkəzindən (DİM) aldığı məlumata əsasən, Gəncə şəhəri üzrə abituriyentlərin ən çoxu Bakı Dövlət Universiteti, Gəncə Dövlət Universiteti və Azərbaycan Dövlət Aqrar Universitetinə qəbul olub.
Naftalan şəhəri üzrə abituriyentlərin ən çoxu Gəncə Dövlət Universitetinə qəbul olub.
Daşkəsən rayonu üzrə abituriyentlərin ən çoxu Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Gəncə Dövlət Universiteti və Azərbaycan Dövlət Aqrar Universitetinə (Gəncə şəhəri) qəbul olub.
Goranboy rayonu üzrə abituriyentlərin ən çoxu Bakı Dövlət Universiteti və Gəncə Dövlət Universitetinə qəbul olub.
Göygöl rayonu üzrə abituriyentlərin ən çoxu Gəncə Dövlət Universiteti və Azərbaycan Dövlət Aqrar Universitetinə qəbul olub.
Samux rayonu üzrə abituriyentlərin ən çoxu Gəncə Dövlət Universiteti və Azərbaycan Dövlət Aqrar Universitetinə qəbul olub.