“9-cu sinif buraxılış imtahanlarında ingilis dili üzrə yeni test modeli təqdim olunub”
AzEdu.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, yeni test modeli iki il ərzində hazırlanıb, xarici dillər üzrə müəllimlərlə çoxsaylı görüşlər keçirilib və nəhayət Elm və Təhsil Nazirliyi ilə razılaşdırılaraq tətbiq edilib:
“Bu il doqquzuncu siniflərin nəticələri qənaətbəxş olub. Bir ildən sonra həmin şagirdlər 10-cu sinifdə olacaq və 11-ci sinifdə ingilis dili builki model əsasında keçiriləcək".